FİFA-dan İsveçrəyə cəza

FİFA-dan İsveçrəyə cəza

İsveçrə Futbol İttifaqı cəzalanıb. 

Sport7.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
 
Buna Rusiyada təşkil olunmuş dünya çempionatında İsveçrə ilə Kosta Rika yığmaları arasında keçirilmiş oyunda FİFA əməkdaşlarının təhqir edilməsi səbəb olub. 

İsveçrə yığmasının üzvləri həmin oyun üçün stadiona lazım olan akkreditasiya ilə gəlmədiyindən, FİFA nümayəndələri bunu onlara irad tutublar. İsveçrəlilər isə onların ünvanına xoşagəlməz sözlər işlədiblər.

Dünya futbol qurumu bu hadisəni cəzasız qoymayıb. İsveçrə Futbol İttifaqı baş verənlərə görə 35 min frank məbləğində cərimə olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR