FİFA İnfantino ilə bağlı bəyanat yaydı

FİFA İnfantino ilə bağlı bəyanat yaydı

Xəbər verdiyimiz kimi, FİFA prezidenti Canni İnfantinonun adı rüşvət qalmaqalına qarışıb. 
 
Sport7.az xəbər verir ki, məsələ ilə bağlı olaraq qurumun rəsmi saytı bəyanat yayıb. 
 
Bildirilir ki, İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən kənarlaşdırılmayacaq.

FİFA İnfantinonun postunda qalmasına əngəl olmadığını açıqlayıb: "Prezidentin öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur. Ö, özünün FİFA-dakı funksiyalarını tam yerinə yetirməyə davam edir”.

Qeyd edək ki, İsveçrə prokurorluğu 2016-cı ilin fevralında FİFA prezidenti seçilən İnfantino ilə bağlı araşdırmaya başladığını iyulun 30-da açıqlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR