FİFA koronavirusla mübarizəyə 10 milyon ABŞ dolları ayırdı

FİFA koronavirusla mübarizəyə 10 milyon ABŞ dolları ayırdı

FİFA koronavirus pandemiyası ilə mübarizəyə görə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımı edəcək.

Sport7.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında deyib.

Qurum rəhbəri bildirib ki, ali futbol qurumu ÜST-ün hesabına 10 milyon ABŞ dolları köçürəcək.

Qeyd edək ki, dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 8 009-a çatıb. Dünyada ən çox ölüm hadisəsi Çin (3 237), İtaliya (2 503), İran (988) və İspaniyada (533) qeydə alınıb. İnfeksiya indiyədək 167 ölkə və regionda qeydə alınıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR