İsveçrədə FIFA prezidenti Canni İnfantoya qarşı cinayət işi açılıb.
Sport7.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Xəbərə görə, İnfantinonun İsveçrə Federal Prokurorluğunun rəhbəri Mixael Lauberlə arasındakı münasibətlər səbəbindən araşdırma başladılıb. 54 yaşlı dövlət rəsmisi ötən həftə istefasını təqdim etmişdi.
İddiaya görə, Lauber FIFA ilə bağlı korrupsiya ittihamlarını araşdırarkən İnfantinonun istəyini yerinə yetirərək bəzi məsələləri ört-basdır edib.
Sport7.az