FIFA Rəşad Sadıqovun sabiq komandasını cəzalandırdı

FIFA Rəşad Sadıqovun sabiq komandasını cəzalandırdı

FIFA Türkiyənin "Əskişəhərspor” klubunu cəzalandırıb.

Sport7.az xəbər verir ki, klubun prezidenti Mustafa Topkaya yerli mətbuata açıqlamasında keçmiş futbolçuları Sebastian Pintoya olan borcun ödənilmədiyi üçün cəzaya məruz qaldıqlarını deyib. Ali futbol qurumu komandanın 6 xalını silib.

Əskişəhər təmsilçisi 1-ci liqada mövsümə -6 xalla başlayacaq.

Qeyd edək ki, milli komandamızın sabiq kapitanı, "Qarabağ"ın üzvü Rəşad Sadıqov 2010/11 mövsümündə "Əskişəhərspor"da çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR