FİFA rəsmən açıqladı: Dünya çempionatı qışda keçiriləcək

FİFA rəsmən açıqladı: Dünya çempionatı qışda keçiriləcək

İsveçrənin Zürih şəhərində keçirilən FİFA-nın İcraiyyə Komitəsinin iclasında bir sıra məsələlər müzakirə olunub. Sport7.az xəbər verir ki, iclasda qəbul olunan qərarlardan biri də, 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatı ilə bağlıdı. 

Maraqlıdı ki, ali futbol qurumunun baş bilənləri mundialın qışda keçirilməsinə qərar verib. Bu isə yay aylarında Qətərdə havaların həddindən artıq isti olması ilə bağlıdı. 

Buna görə, dünya çempionatı 21 noyabr – 18 dekabr tarixləri arasında keçiriləcək. Final oyunu 18 dekabrda baş tutacaq. Ümumilikdə mundial 28 gün davam edəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR