Finalda Türkiyəli tennisçilər olacaq

Finalda Türkiyəli tennisçilər olacaq

İslamiadanın tennis yarışlarında qadınların fərdi mübarizəsində finalçılar məlum olub.
 
Sport7.az xəbər verir ki, yarışın finalında türkiyəli tennisçilər mübarizə aparacaqlar. Yarımfinalda mübarizə aparan Özbəkistan tennisçisi Sabina Şaripova Türkiyə təmsilçisi Berfu Cengizə hər iki setdə məğlub olaraq (4:6, 6:7) mübarizəni dayandırıb. Türkiyəli tennisçi adını finala yazdırıb.

Qardaş ölkənin daha bir təmsilçisi Aksu Ayla isə finala vəsiqəni Oman idmançısı Fatma Al Nabhani üzərində inamlı qələbə (7:5, 6:1) qazanaraq təmin edib.

Qadınların fərdi yarışında qızıl medalın sahibi mayın 22-də müəyyənləşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR