Finlandiyanın baş məşqçisi:

Finlandiyanın baş məşqçisi: "Sona kimi mübarizə apardıq və qalib gəlməyi bacardıq"

Finlandiya komandasının baş məşqçisi, Tapio Kanqasniemi və kapitanı Laura Pilajamaki Azərbaycan millisi ilə oyundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər veri ki, rəqiblər CEV Kuboku çərçivəsində keçirilən matçı belə dəyərləndirib:
 
Tapio Kanqasniemi:lk iki hissədə yaxşı oynadıq, əsasda müdafiədə və hücumda. Sonra Azərbaycan Milli komandası toparlandı və bizə müqavimət göstərməyə başladı. III hissəni biz məğlub olduq. Hər şeyə rəğmən biz sona kimi mübarizə apardıq və nəticədə qalib gəlməyi bacardıq. Azərbaycan bizdən fərqli bir voleybol oynayır. 
 
Laura Pilajmaki: "İlk iki setdə biz çox yaxşı oynadıq. III hissədə arxayınlaşdıq buna görə məğlub olduq amma sonda qalib gəldik. Komanda yoldaşlarımı təbrik edirəm".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR