Fırtına və qarlı hava çempionatları

Fırtına və qarlı hava çempionatları "dayandırdı"

Dünyanın bir çox ölkələrində havanın kəskin pisləşməsi futbola da təsirsiz ötüşməyib.

Sport7.az xəbər verir ki, Avropada hökm sürən fırtına və qarlı hava şəraiti matçların təxirə salınmasına səbəb olub. 

Niderland çempionatında 22-ci turunun bu gün keçirilməsi nəzərdə tutulan 4 oyunun başqa tarixdə keçirilməsi qərara alınıb. "Utrext” – "Ayaks”, "Alkmaar” – "Feyenoord”, "Sparta” – "Den Haq”, "Emmen” – "Tvente” qarşılaşmaları fırtına səbəbiylə baş tutmayıb. 

Almaniya Bundesliqasının 21-ci turu çərçivəsində bu gün keçirilməsi planlaşdırılan "Borussiya” (Münhenqladbax) – "Köln” matçı təxirə salınıb.
 
 
İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün keçirilməsi planlaşdırılan "Mançester Siti” – "Vest Hem” oyunu təxirə salınıb.

Türkiyə Super Liqasında isə sabah keçirilməsi nəzərdə tutulan "Göztəpə” - "Rizəspor” qarşılaşmasının keçirilməməsi qərara alınıb.TFF 1-ci, 2-ci və 3-cü liqa oyunlarından da bir neçəsinin təxirə salındığını açıqlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR