Flavinyo:

Flavinyo: "İnanmıram ki, "Qarabağ" 3-4 oyun uduzsun" - MÜSAHİBƏ

"Neftçi"nin hücumçusu Flafinyo "Qəbələ"yə qalib gəldikləri matç haqda (1:3) fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb.

Sport7.az həmin müsahibəni təqdim edir.

- Çox çətin oyun alındı. Yaxşı oynamadıq. Bəzi məqamlarda yaxşı oynasaqda ümumi 90 dəqiqəni yaxşı oynamadıq. Burada fiziki cəhəddən oynamaq və nəfəs almaq həmişə çətin olub. Məncə biz öz keyfiyyətimizin hesabına qalib gəldik. 3 təhlükəli hücum alındı və 3 qol vuruldu. "Qəbələ"nin şansı daha çox olub.

- Cari mövsümdə "Qəbələ" ilə hər iki matç 0:0 hesabı ilə başa çatıb. Bu gün isə 4 qol vuruldu. Bunu nə ilə əlagələndirirsən?
- Komandalar son oyunlara nisbətən çox dəyişib. Əvvəl bizi daha çox bağlayırdırlar. Bu gün isə daha açıq oynadılar. Bizim də şansımız çox idi, ancaq onların şansları daha çox olub. 

- Qarşıda "Qarabağ" ilə oyununuz var. Bu oyunla bağlı nə deyə bilərsən?
- Biz "Qarabağ" bizi 10 xallıq fərqlə qabaqlayır. 10 xal həddinən artıq böyük fərqdir. Çempionluq şanslarımızı qorumaq üçün mütləq qələbə qazanmalıyıq. Mən inanmıram ki, "Qarabağ" 3-4 oyun uduzsun. Udmaq şansınız varsa, mübarizə aparmaq şansınız varsa mütləq yararlanmaq lazımdır.

- Bu açıqlamardan sonra belə çıxır ki, artıq "Qarabağ"ı çempion görürsən?
- Yox. "İnter" onlara yaxındır. Bizim üçün ən önəmli matç AZAL-la oyun olub, ancaq uduzduq. Son 2 matçın ikisində xal itirmişik, "Qarabağ" isə hər 3 matçda qələbə qazanıb. Ona görədə özümü fikirləşməliyik. İlk növbədə "inter"i keçmək lazımdır.

- Ola bilər ki, "Neftçi" "Qarabağ"ı məğlub etməklə bir növ çempionata yenidən qoşulsun. Aradaki fərq 7 xala enəcək və qarşıda daha bir oyun olacaq?
- Onlarda mübarizə aparacaq, bizdə. Onlarda səhf edə bilər, bizdə. Xal fərqini azalda bilsək, mübarizəyə yenidən qoşula bilərik. Ancaq məğlub olsaq çox çətin olacaq. 

- Çempionatın ilk iki dövrəsi geridə qalıb. Çempionluğa ən laiqli komanda kimi hansı komandanı görürsən?
- "Neftçi"də oynaya oynaya deyə bilmərəm hansı komanda çempionluğa laiqdi. Hələdə şansımız var, mübarizə aparacağıq. Məncə "Qarabağ"ın hələ pis oyunları olacaq. "Qarabağ"ı məğlub edə bilməsək, artıq şansımız qalmayacaq.

- Az öncə bildirdin ki, bu stadionda oynamaq çətindir. Həm fiki cəhəddən, həmdə hava çatışmamazlıqdan. Bu stadionu Boliviyada olan stadionla müqaisə etmək olarmı. Braziliya millisi daim o stadionda uduzub?
- Artıq orda vəziyyət necədir bilmirəm. Mən öz fikrimi söylədim. 5 ildir burdayam və bura gələndə nəfəs almaq çətin olur. 

- 5 ildir burdasan. Daha əvvəllərdə oynamısan. Bir çoxlarının fikrincə çempionatın səviyyəsi əvvəlki illərə nisbətən düşüb. Bu fikirlə razısan?
- Mənim üçün mənfi cəhədlərdən biri "Araz Naxçıvan"ın çempionatdan çəkilməsi olub. Çempionatda komandanın sayı az idi "Araz Naxçıvan"ın çəkilməsi ilə bir qədərdə azaldı. Deyilənə görə növbəti mövsümdə komandaların sayı 12 olacaq. 5 il ərzində inkişafda gedir. Milli daha yaxşı oynayır. Çempionatda komndaların sayını artırmaq lazımdır ki, mübarizədə artsın.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR