“Fluminense”nin rəsmisi Bakıda:

“Fluminense”nin rəsmisi Bakıda: "Neftçi" kimi klubla..."

"Neftçi” PFK-nın dəvəti ilə Braziliyanın "Fluminense” klubunun nümayəndəsi Marselo Texeira Bakıda səfərdədir. Sport7.az xəbər verir ki, "Fluminense” klubunun nümayəndəsi bu gün "Neftçi” PFK-nın 28 Mall Ticarət Mərkəzindəki üzvlük kartları məntəqəsinə baş çəkib.

Marselo Texeira Bakı haqqında təəssüratları və "Neftçi” ilə əməkdaşlıq barəsində rəsmi saytımıza danışıb: "Bakı ilə bağlı ilk təəssüratlarım haqqında onu deyə bilərəm ki, çox gözəl və möhtəşəm şəhərdir. Tarixi memarlıq abidələrinin yeni tikililərlə vəhdəti şəhərə yaraşıq verir. Burada gördüklərim mənim üçün xoş sürpriz oldu. "Neftçi”də çıxış edən futbolçulardan Ailtonu 17 yaşından tanıyıram. Uzun müddət biryerdə çalışmışıq."Neftçi” nümayəndələri ilə Almaniyada, gənc futbolçular arasında keçirilmiş turnirdə tanış olmuşduq. Bizim aramızda gələcək əməkdaşlıq haqqında danışıqlar olmuşdu. "Fluminense” üçün "Neftçi” kimi klubla əməkdaşlıq çox önəmlidir. "Neftçi”nin icraçı direktoru və idman direktoru ilə Braziliyada görüşmüşdük. Onlar bizim futbolçularımızla söhbət apardılar və iş üslubumuzla tanış oldular. Daha sonra biz Bakıya dəvət olunduq”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR