"Formula 1" də bu mövsüm baş tutmaya bilər - RƏSMİ AÇIQLAMA

"Mövcud vəziyyət bizim üçün çağırışdır".

"GrandPX" nəşri xəbər verir ki, bunu "Formula 1"in hüquqlarına sahib olan "Liberty Media"nın rəhbəri Qreq Maffey deyib. 

O, dünya çempionatının heç bir mərhələsinin baş tutmama ehtimalının olduğunu etiraf edib: "Müxtəlif variantları nəzərdən keçiririk. 15 - 18 Qran-pri də keçirilə bilər, heç biri də. Qran-priləri yalnız yarış komandalarının iştirakı ilə azarkeşsiz keçirmə ehtimalı da var". 

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR