"Formula 1"-də mövsüm nə vaxt başlayacaq? - BƏYANAT

"Formula 1"-in rəhbəri Çeyz Keri 2020-ci il dünya çempionatının təqvimi ilə bağlı rəsmi bəyanat yayıb.

Sport7.az xəbər verir ki, Keri mövsümün ilk yarışını iyul ayının əvvəlində "Red Bull Rinq"də keçirməyi planlaşdırdıqlarını qeyd edib:

"Mövsümə iyul, avqust və sentyabr ayının əvvəllərində Avropadakı mərhələlərlə start verməyi planlaşdırırıq. İlk yarış 3-5 iyul tarixlərində Avstriyada olmalıdı. Sentyabr, oktyabr və noyabrda Avrasiya, Asiya, Amerika mərhələləri keçirilməlidi. Mövsümə dekabrda Bəhreyn və ənənəvi Əbu-Dabi yarışları ilə yekun vurmaq istəyirik. Builki dünya çempionatı 15-18 mərhələdən ibarət olmalıdı. Mümkün olan ən qısa müddətdə təqvimin yekun variantını paylaşacağıq.

İlk yarışların azarkeşlərsiz keçirilməsi gözlənilir. Amma ümid edirik ki, təqvim irəlilədikcə onlar "Formula 1"-in bir hissəsinə çevriləcəklər".

Qeyd edək ki, bu gün Fransa Qran-prisinin koronavirus pandemiyası səbəbindən ləğv olunduğu açıqlanmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR