Formula 1: Hemilton 6-cı çempionluğunu rəsmiləşdirdi

Formula 1: Hemilton 6-cı çempionluğunu rəsmiləşdirdi

"Formula 1" üzrə ABŞ Qran-prisini komanda yoldaşı Valtteri Bottasın ardınca ikinci sırada bitirən "Merdedes" pilotu Lyuis Hemilton 6-cı dünya çempionluğunu rəsmiləşdirib.

Hemilton ilk dəfə 2008-ci ildə "Maklaren"in heyətində çempionluğu bayram edib. Hibrid erada isə britaniyalı pilot 2016-cı il istisna, hər mövsüm qalib olmağı bacarıb. 

Hemilton çempionluqların sayına görə Xuan Manuel Fanxionu geridə qoyaraq ikinci sıraya yüksəlib. O, yalnız Mixael Şumaxerdən (7 çempionluq) geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR