"Formula 1" komandasının yeni adı açıqlandı

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Reno" komandası adını və emblemini rəsmən dəyişdirib.

Sport7.az xəbər verir ki, komandanın yeni adı "Alpine"dir. Fransa təmsilçisi tvitter hesabında adını, həmçinin rənglərini sarıdan qara, mavi, ağ və qırmızıya dəyişib.

"Reno" 2020 mövsümünü beşinci sırada bitirib. "Formula 1"də yeni mövsüm martın 28-də Bəhreyn Qran-prisi ilə başlamalıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR