"Formula 1" pilotu koronavirusa yoluxdu

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" pilotu Şarl Lekler koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, monakolu pilot evində təcrid olunub. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. Ötən mövsüm "Formula 1" pilotlarından Serxio Peres, Lens Stroll və Lüis Hemilton, keçən həftə isə Lando Norris COVID-19-a yoluxub.

Avstraliya və Çin mərhələləri koronavirus pandemiyası ilə əlaqədar təxirə salındığı üçün 2021-ci il dünya çempionatı 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR