"Formula 1" üzrə dünya çempionu vəfat edib

"Formula 1" üzrə 3 qat dünya çempionu Niki Lauda 70 yaşında dünyasını dəyişib.

Bu barədə avstriyalı pilotun ailəsi məlumat yayıb.

Ötən il yaşadığı sağlamlıq problemlərindən sonra Lauda ağciyər köçürülməsi əməliyyatına girmişdi. Sonradan o, 2019-ci ilin əvvəllərində qrip səbəbindən növbəti dəfə xəstəxanaya yerləşdirilmişdi. Son günlərdə isə Nikinin böyrəyində problemlər yarandığına dair iddialar var idi.

N. Lauda 1975, 1977 və 1984-cü illərdə "Formula 1" üzrə dünya çempionatının qalibi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR