"Formula 1" xeyli məbləğdə ziyana düşüb

"Formula-1” 2020-ci ilin maliyyə hesabatını açıqlayıb.

Sport7.az xəbər verir ki, koronavirus pandemiyasının tüğyan etdiyi il yarışa böyük ziyan vurub. "Formula-1” il ərzində 386 milyon dollar zərər çəkib. Gəlirlər 44 faiz azalıb. 2019-cu ildə gəlirləri 2 milyard təşkil edən yarış ötən il 1,1 milyardla kifayətlənib. Komandaların mükafat fondu 1 milyarddan 711 milyona enib.

"Formula-1”in ziyana düşməsinin səbəbi koronavirusa görə bəzi mərhələlərin keçirilməməsi və tamaşaçıların yarışa buraxılmamasıdır. Əvəzində teleyayımdan gələn gəlir 2 qat artsa da, ziyanı tam bağlaya bilməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR