Məşhur

Məşhur "lyuk"la FOTO çəkdirdilər

Bakıda keçirilən "Formula 1" yarışının ilk günündə kanalizasiya lyukunun qapağının yerindən çıxması ilə yaşanan hadisə təkcə tənqidlə qarşılanmadı.

Sport7.az xəbər verir ki, bunu "Formula 1" heyəti və həmçinin ölkəmizdə olan turistlər yarışın yaddaqalan elementi olaraq əyləncə kimi qarşılamağı da bacarıblar. Belə ki, yarışmanın texniki heyəti və modelləri ötən gün həmin lyukun başına toplaşaraq onunla "xatirə fotosu" çəkdiriblər.

Foto sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadari də açıqlamasında bildirib ki, şəhər treklərinin xüsusiyyəti onların gözlənilməz olmasıdır: "Sıx məskunlaşmış şəhərdə F1 keçirməyin özəlliyi budur. Bu şəhər yarışlarını həm maraqlı, həm də yaddaqalan edir”. ("Yeni Sabah”)
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR