"Forza Neftçi" Bakıya çatdı

"Neftçi"nin ən fəal azarkeş qrupu olan "Forza Neftçi" Bakıya qayıdıb.
 
Sport7.az xəbər verir ki, Sübhan Əliyevin rəhbəri olduğu fanklub, Avroliqanın birinci təsnifat mərhələsində baş tutan "Sperantsa" - "Neftçi" matçında komandalarını dəstəkləmək üçün iyulun 7-də avtobusla Kişinyova yola düşmüşdü. 10 günlük yolçuluqdan sonra "Neftçi" fanatları bu səhər Bakıya çatıb.
 
Onların əziyyəti isə demək olar yerdə qalmayıb. Belə ki, iyulun 11-də baş tutan "Sperantsa" - "Neftçi" görüşü təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR