Fransa çempionatı təxirə salına bilər

Fransa çempionatı təxirə salına bilər

Fransada idman yarışlarının keçirilməsi sual altına düşüb.
 
Sport7.az xəbər verir ki, buna ölkənin əsas regionlarında komendant saatının tətbiqi barədə qərar səbəb olub.
 
Fransa prezidenti Emanuel Makron koronavirus pandemiyasına görə dördhəftəlik komendant saatı elan edib. Əsas regionlarda tətbiq olunacaq komendant saatı oktyabrın 17-dən qüvvəyə minəcək. Hər gün saat 21:00-dan ertəsi gün səhər 6:00-a kimi olacaq.
 
Bu, bütün idman tədbirlərinin keçirilməsinə də təsir edəcək. Artıq basketbol çempionatının oyunlarının təxirə salınacağı aşıqlanıb. Liqa1 və digər futbol liqalarının matçlarının taleyi isə dəqiqləşməyib. Görüşlərin təxirə salınması və ya bütün qarşılaşmaların gündüz saatlarında keçirilməsi mümkündür. Bu, Fransa klublarının avrokuboklardakı iştirakçılarına da təsirini göstərəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR