Fransa yığmasının sabiq hücumçusu

Fransa yığmasının sabiq hücumçusu "Monako"da

Fransa millisinin keçmiş üzvü Lüdovik Jüli "Monako”ya qayıdıb.

Sport7.az xəbər verir ki, sabiq hücumçu "Monako”nun B komandasının baş məşqçisi David Beşkuranın köməkçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Monako”nun B komandası Fransanın 4-cü divizionunda mübarizə aparır.

Jüli 1998-2004 və 2011-12-ci illərdə "Monako”da çıxış edib. O, iştirak etdiyi 264 oyunda 67 qol vurub. Jüli "Monako” ilə yanaşı, Lion "Olimpik”i, "Barselona”, "Roma” və PSJ kimi klublarının da formasını geyinib. Sabiq hücumçu Fransa millisində də 17 oyun keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR