Fransada olay:

Fransada olay: "Qırmızı bölgə"də 400 azarkeşin canlı izlədiyi oyun keçirildi

Koronavirusun ən çox təsir etdiyi ölkələrdən biri olan Fransada peşəkar yarışlar ləğv olunmuşdu.
 
Sport7.az xəbər verir ki, ölkədə "qırmızı bölgə" elan edilən Starsburqda isə inanılmaz olay yaşanıb. Belə ki, şəhərdə "Nuhof" və "Hutepyer" arasında baş tutan futbol qarşılaşmasına gözlənilməz şəkildə azarkeş axını baş verib. 400 azarkeş oyunu izləmək üçün meydanın kənarına gəlib. 
 
400 azarkeşin izlədiyi oyun həkimlər tərəfindən "Qanundankənar matç" adlandırılıb. Nəticədə oyuna yerli polislər müdaxilə edib. Polisin müdaxiləsi bəzi azarkeşlərin cib telefonunun kamerası tərəfindən lentə alınıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR