Futbol dünyasının ən nüfuzlu adamının adı açıqlandı

Futbol dünyasının ən nüfuzlu adamının adı açıqlandı

Futbol dünyasının ən nüfuzlu adamlarının adları açıqlanıb.

Sport7.az xəbər verir ki, bu haqda "France Football" nəşri araşdırma aparıb. Araşdırmanın nəticələrinə əsasən PSJ-nin prezidenti Nasser Əl-Xelafi sıralamada birinci yeri tutub.

Eyni zamanda, "beIN Media Group"un rəhbəri olan Əl-Xelafi ən nüfuzlu idman adamı adına layiq görülüb. "Yuventus"un hücumçusu Kriştianu Ronaldo ikinci, FİFA prezidenti Canni İnfantino isə üçüncü olub.

Növbəti pillələrdə Lionel Messi, Neymar, Rahim Sterlinq, Məhəmməd Salah kimi futbolçular, eyni zamanda Yurgen Klopp, Pep Qvardiola və Zinəddin Zidan kimi məşqçilər də yer alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR