Futbol Federasiyasının prezidenti həbs edildi

Futbol Federasiyasının prezidenti həbs edildi

Kosovo Futbol Federasiyasının (FFK) prezidenti Aqim Ademi həbs edilib.
 
Sport7.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. 
 
Buna səbəb Ademin rüşvət verməyə cəhd etməsidir. Ona görə də qurum rəhbəri 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Kosovo Apellyasiya Məhkəməsinin çıxardığı hökm iyulda paytaxt Priştinanın məhkəməsinin qərarını qüvvədə saxlayıb. İstintaq versiyasına əsasən, 2012-ci ilin iyuluda Ademi və dostu çalışıblar ki, iş ortağını daşınmaz əmlakla bağlı saxta sənədlər müqabilində Priştinadakı bələdiyyə işçisini 30 min avro ödəməyə və ya maşın almağa məcbur etsinlər. 

Qeyd edək ki, Aqim Ademi FFK-nın sabiq rəhbəri Fadil Vokrrinin qəfil vəfatından sonra - 2018-ci ildə qurumun prezidenti olub. O, əvvəllər federasiyanın vitse-prezidenti vəzifəsini icra edirdi. Kosovo millisi 2018-ci ildə Millətlər Liqasında Azərbaycanla eyni qrupda mübarizə aparıb. Bakıda 0:0 hesablı heç-heçəyə, Priştinada isə 4:0 hesablı qələbəyə nail olan bu ölkəni yığması ümumilikdə 14 xalla qrup qalibi kimi "pley-off"a yüksəlib.  
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR