Futbol qaydaları: Oyunçuların geyimi

Futbol qaydaları: Oyunçuların geyimi
Qayda 4 - Oyunçuların geyimi

Təhlükəsizlik

Oyunçu özünə, yaxud digər oyunçuya təhlükə törədən geyim geyinməməli və zinət əşyaları gəzdirməməlidir  (bura istənilən növ zərgərlik əşyaları daxildir). 

Əsas geyim

Oyunçunun əsas geyiminin məcburi ünsürlərinə daxildir:

- köynək və yaxud futbolçu maykası - əgər geyimin altından mayka geyinirsə, onun qollarının rəngi köynək, yaxud maykanın qollarının rəngi ilə eyni olmalıdır
- tuman - əgər tuman altlığı, yaxud tarımlaşdırılmış şalvar geyinilərsə, onda onun rəngi tumanın rəngi ilə eyni olamlıdır
- corab
- baldır qoruyucusu
- idman ayaqqabısı.

Baldır qoruyucuları

- tam olaraq corabla örtülür
- rezin, plastik və ya onlara oxşar müvafiq materiallardan hazırlanır
- kifayət qədər müdafiəni təmin edir. 
 


Rənglər

- komandalar bir-birindən, həmçinin hakim və onun köməkçilərindən fərqlənən rəngli geyimdən istifadə etməlidir
- hər bir qapıçının geyiminin rəngi, bütün digər oyunçulardan, hakim və onun köməkçilərinin geyimindən fərqlənməlidir. 

Pozuntular və cəzalar

Bu qaydanın hər hansı bəndi pozulduqda:

- oyunun saxlanılmasına lüzum yoxdur
- hakim təqsirkar oyunçuya geyimini qaydaya salmaq üçün meydanı tərk etmək barədə göstəriş verir
- top növbəti dəfə oyundan çıxdıqda, əgər oyunçu bu ana qədər geyimini qaydaya salmayıbsa, meydanı tərk edir
- hər hansı oyunçu geyimini qaydaya salmaq üçün hakimin tələbi ilə meydanı tərk etmişsə, o, hakimin icazəsi olmadan meydana qayıda bilməz
- oyunçuya meydana qayıtmağa icazə verməmişdən əvvəl hakim oyunçunun geyimini yoxlayır
- oyunçu yenidən meydana yalnız top oyundan çıxdıqdan sonra qayıda bilər. 

Bu qaydanın pozulmasına görə hakimdən meydanı tərk etmək göstərişi alan oyunçu hakimin icazəsi olmadan meydana qayıdırsa (və ya təkrar qayıdırsa), ona sarı vərəqə göstərilməklə xəbərdarlıq edilir.

Oyunun bərpası

Əgər hakim xəbərdarlıq etmək üçün oyunu saxlayıbsa:
 
- matç əks komandanın oyunçusu tərəfindən oyunun saxlanıldığı anda topun olduğu yerdən sərbəst zərbə ilə bərpa edilir. 


Beynəlxalq F. A. Surasının qərarı

Qərar 1

Oyunçular  reklam, yaxud  loqo yerləşdirilən alt maykalarını göstərməməlidirlər. Əsas məcburi geyimin üzərində hər hansı siyası, dini, yaxud fərdi ifadələr olmamalıdır. 

Yarışın təşkilatçıları reklam, yaxud loqonu nümayiş etdirmək məqsədi ilə maykasını çıxaran hər hansı oyunçuya sanksiya tətbiq edə bilər. Əsas məcburi geyimində siyası, dini, yaxud fərdi loqolar, həmçinin ifadələr olan oyunçunun komandası yarışların təşkilatçıları və ya FİFA tərəfindən cəzalandırılacaq. 
 
Röya Kərimli
Sport7.az

Xəbər lenti