Ukraynada kubokun sahibi bəlli oldu

Ukraynada kubokun sahibi bəlli oldu

Ukrayna kubokunun qalibi müəyyənləşib.

Sport7.az xəbər verir ki, həlledici görüşdə "Dinamo” (Kiyev) ilə "Vorskla” (Poltava) üz-üzə gəliblər. Xarkovdakı "Metalist Arena”da keçirilən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Burada da qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub.

Penaltilərdə daha dəqiq olan "Dinamo” (8:7) tarixində 12-ci dəfə Ukrayna kubokunun sahibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR