Futbolçu ağladı, azarkeşlər dəstək oldu - Duyğulu anlar

Futbolçu ağladı, azarkeşlər dəstək oldu - Duyğulu anlar

Türkiyənin 1-ci liqasının "Menemenspor" - "Ümraniyespor" matçında duyğulu anlar yaşanıb.

Sport7.az xəbər verir ki, meydan sahiblərinin 1:0 hesablı qələbə qazandığı matçda yeganə qolun ötürməsini verən Mustafa Çeçenoğlu oyunun sonunda ağlamağa başlayıb. Məlum olub ki, 25 yaşlı futbolçunun anası oyundan bir gün əvvəl vəfat edib. 

Mustafa Çeçenoğluna komanda yoldaşları təsəlli verib. Azarkeşlər isə onun leyhinə şüarlar səsləndirərək dəstək olublar. Bu görüntülər hər kəsin duyğulanmasına səbəb olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR