Almaniya Bundesliqasının autsayderi "Şalke”nin düşərgəsində növbəti xoşagəlməz hadisə yaşanıb.
Sport7.az xəbər verir ki, futbolçular klub rəhbərliyinə müraciət ünvanlayıb. Bu, Dortmund "Borussiya”sına 0:4 hesablı məğlubiyyətdən sonra baş verib. Oyunçular rəhbərlikdən baş məşqçinin istefasını istəyib.
Yekdil olan futbolçuların xahişi rədd edilib. Rəhbərlik baş məşqçi Kristian Qrossun arxasında duracağını göstərib.
"Şalke” 9 xalla sonuncu pillədə qərarlaşıb.
Sport7.az