Futbolçular üsyan etdilər:

Futbolçular üsyan etdilər: "Ancaq pis xəbər deməyə gəlirsən"

Rusiyanın "Lokomotiv" klubunun rəhbərliyi koronavirus fonduna ödəniş etdikləri üçün futbolçuların maaşlarını azaltmaq niyyətində idi. Lakin  futbolçular buna razı olmayıb. 

Sport7.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov "Metaratings"ə bildirib. 

Onun sözlərinə görə, klubun idman direktoru Vasiliy Kiknadze oyunçularla görüşdə pandemiya bitənə kimi maaşların 40% endirilməsini təklif edib. Ancaq futbolçular bununla razılaşmayıb. Üstəlik futbolçular Kiknadzeyə üsyan edərək onlarla heç ünsiyyət qurmadığını, həmişə pis xəbər vermək üçün gəldiyini deyiblər. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR