Futbolçunun qardaşı öldürüldü

Futbolçunun qardaşı öldürüldü

"Tottenhem"in müdafiəçisi Serj Oryenin qardaşı Kristofer öldürülüb.

Sport7.az xəbər verir ki, hadisə Tuluzadəkı gecə klublarının birində baş verib. Bu gün səhər saatlarında yerli sakinlər Kristoferi gecə klubunun qarşısında yaralı vəziyyətdə tapıblar. Qarın nahiyəsindən güllə yarası alan 26 yaşlı Kristofer xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Yerli polis hazırda cinayətkarların axtarışındadır.

Kristofer Orye də qardaşı kimi, futbolçu olub. O, Fransanın 5-ci divizionunda çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR