Futbolçuya görə komandanın oyunu təxirə salındı

Futbolçuya görə komandanın oyunu təxirə salındı

Şotlandiya klubu "Seltik"in ölkə çempionatındakı 2 oyunu təxirə salınıb.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Təxirəsalınmanın səbəbi komandanın üzvü Boli Bolinqolinin karantin qaydalarını pozması səbəb olub. Belçikalı müdafiəçi "Kilmarnok"la oyun öncəsi düşərgəni tərk edərək İspaniyaya yollanıb. Hadisənin üstü matçdan sonra açılıb. Nəticədə "Seltik"in "Sent-Mirren" və "Aberdin"lə oyunları əvəlcədən təyin olunan vaxtda baş tutmayacaq.

Qarşılaşmalar avqustun 12-də səfərdə və 15-də evdə keçirilməli idi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR