Futzal liqalarındakı 4 komandaya texniki məğlubiyyət

Futzal liqalarındakı 4 komandaya texniki məğlubiyyət

AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub.
 
Sport7.az xəbər verir ki, iclasın futzal liqalarına həsr olunmuş hissəsinə aid aşağıdakı qərarlar çıxarılıb.
 
10 noyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın "Atletiko Baku” – "Baker Tilly” matçının 29-cı dəqiqəsində "Baker Tilly” klubunun 5 №-li futbolçusu Abbas Qasımzadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.3).
Oyunun 29-cu dəqiqəsində "Baker Tilly” klubunun 77 №-li futbolçusu Rəcəb Fərəczadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.3).
 
2 noyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın, "Baku Fire-2” – "Qarabağ Füzuli” matçının 5-ci dəqiqəsində "Qarabağ Füzuli” klubunun 1 №-li futbolçusu Kənan Mehdiyəbov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
7 noyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Yasamal İSK” – "Record Club” matçının 19-cu dəqiqəsində "Yasamal İSK” klubunun 13 №-li futbolçusu Namaz İsmayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 40-cu dəqiqəsində "Record Club” klubunun 6 №-li futbolçusu Sabir Hacıəliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
7 noyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Araz” – "Marafon” matçının 18-ci dəqiqəsində "Marafon” klubunun 9 №-li futbolçusu Seymur Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
7 noyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Xızı Futzal” – "Premier” matçının 24-cü dəqiqəsində "Xızı Futzal” klubunun 10 №-li futbolçusu Qərib İbrahimov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır  (maddə 41.3).
 
10 noyabr 2019-cu il, İkinci Liqanın AZZERS – "Borçalı” matçında AZZERS komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
10 noyabr 2019-cu il, İkinci Liqanın "Advokat” – "Star Karqo-2” matçında "Star Karqo-2” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
10 noyabr 2019-cu il, İkinci Liqanın "Baku Fire-3” – "Baker Hughes” matçında "Baker Hughes” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
8 noyabr 2019-cu il, Birinci Liqanın "Forza Neftçi” – "Xızı Yasamal” matçının 19-cu dəqiqəsində "Xızı Yasamal” klubunun 8 №-li futbolçusu Emin Kərimovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).
"Xızı Yasamal” klubu meydanı oyun başa çatmamış özbaşına tərk etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR