Futzal yığmamız İranla

Futzal yığmamız İranla "sülh" bağladı (FOTOLAR)

Rusiyanın Həştərxan şəhərində təşkil olunan "Caspian Cup" turnirində futzal üzrə Azərbaycan millisi ikinci oyununu keçirib.

Sport7.az xəbər verir ki, yarışın ilk günündə Rusiya ilə qarşılaşan və 1:2 hesabı ilə məğlub olan komandamız bu dəfə İran yığması ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qolunu Amadeu vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.

Futzalçılarımız turnirdə son oyununu sentyabrın 25-də, saat 15:00-da Qazaxıstan yığmasına qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR