Gecə klubu çökdü, idmançılar xəsarət aldı (FOTOLAR)

Gecə klubu çökdü, idmançılar xəsarət aldı (FOTOLAR)

Cənubi Koreyanın Qvanqju şəhərində xoşagəlməz hadisə yaşanıb.
 
Sport7.az xəbər verir ki, içərisində 370 nəfərə yaxın insanın olduğu "Coyote Ugly" adlı gecə klubunun pilləkən və eyvanı çöküb. Hadisə zamanı gecə klubunda üzgüçülük üzrə dünya çempionatına qatılan ABŞ, Yeni Zelandiya, Hollandiya, İtaliya və Braziliyalı idmançılar da olub. Onlardan bəzilərinin yüngül yaralandığı bildirilir. 
 
38 və 27 yaşlı iki nəfər isə həyatını itirib. Ancaq onların idmançı olmadığı müəyyənləşib. Yaralananlar arasında ABŞ-lı bir kişi dalğıc və qadın su polosu idmançısı da var. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR