Gənc cüdoçular arasında ilk dəfə komanda yarışları keçirilib

Gənc cüdoçular arasında ilk dəfə komanda yarışları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Kompleksində gənc cüdoçular arasında qarışıq komanda yarışları üzrə Azərbaycan çempionatı keçirilib.
 
Sport7.az xəbər verir ki, ilk dəfə təşkil olunan komanda yarışlarında kişilər 73, 90, 90 kiloqramdan yuxarı, qadınlar isə 48, 57, 63 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar.
 
Yekunda "Judo club 2012" komandası bütün görüşləri qalib başa vuraraq Azərbaycan çempionatının qızıl medallarını qazanıb. "Atilla" 2-ci, "Sumqayıt" klubu isə 3-cü yeri tutub. Qaliblərə Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar təqdim olunub.

Fevralın 26-da start götürən ölkə çempionatında iki gün ərzində fərdi yarışlar baş tutub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR