Gənc cüdoçular arasında ölkə birinciliyində fərdi yarışlar yekunlaşıb

Gənc cüdoçular arasında ölkə birinciliyində fərdi yarışlar yekunlaşıb

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənclər arasında keçirilən cüdo üzrə ölkə birinciliyində fərdi yarışlar başa çatıb.

Sport7.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və bölgələrdən 51 komandadan 367 idmançı (311 oğlan, 56 qız) medallar uğrunda mübarizə aparıb.

Fərdi yarışların sonuncu günündə daha səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.

Oğlanlar arasında Nicat Məmmədli (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Cahangir Məcidov (90 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xanım idmançıların mübarizəsində isə Vüsalə Kərimova (48 kq), Fəridə Səfərova (57 kq), Xədicə Rəşidova (70 kq) və Aytəkin Paşazadə (+78 kq) məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıblar. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.

Gənc cüdoçuların respublika birinciliyinə bu gün təşkil olunacaq komanda yarışları ilə yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR