Gəncədə avtomobil yarışı keçirildi

Gəncədə avtomobil yarışı keçirildi

Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə "V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib.
 
Sport7.az xəbər verir ki, Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyacan dolu anlar, maraqlı tryuklarla yadda qalıb.

Drift yarışları üzrə pilotlar Elvin Xudayarov birinci yerin, Adil Axundov ikinci, Fəxri Gülməmmədov isə üçüncü yerin qalibi olub.

V1 Challange yarışında isə pilotlar Fərid Məmmədov birinci, Azad Hüseynov ikinci, Mətin Orucov isə üçüncü yerə sahib olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR