"Gəzməyə gəlməmişik" - Rahid Əmirquliyev

Sabah Azərbaycan millisi AVRO-2016-nın seçmə mərhələsinin son matçında Bolqarıstan yığması ilə qarşılaşacaq. Sport7.az xəbər verir ki, Sofiyada keçiriləcək qarşılaşmadan bir gün öncə təşkil olunan mətbuat konfransında millimizin yarımmüdafiəçisi Rahid Əmirquliyev də iştirak edib.

Təcrübəli futbolçu sabahkı qarşılaşma haqda danışarkən vətənə xalla qayıtmaq istədiklərini bildirib: "Rəqibi yaxşı analiz etmişik. Güclü komandayla qarşılaşacağıq. Amma Sofiyaya gəzməyə gəlməmişik. Əlimizdən gələni etməyə hazırıq ki, yaxşı oyun göstərəcək və burdan qələbəyə qayıdaq. "Xəzər Lənkəran”ın transfer qadağası bizim üçün də üzücüdü. Mənim üçün də çətindi. Son ana qədər inanırdıq ki, yeni transferlər oynayacaq. İndiki halda səbr etməliyik.”

Qeyd edək ki, qarşılaşma 23:45-də start götürəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR