Gimnastlarımız dünya kubokunda çıxış edib

Gimnastlarımız dünya kubokunda çıxış edib

Bu həftəsonu, Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Dünya Kuboku baş tutub.

Sport7.az xəbər verir ki, yarışda milli komandamızın üzvləri Yelizaveta Luzan və Darya Sorokina ilk dəfə olaraq böyüklər proqramında ölkəmizi təmsil ediblər.

Gimnastlarımız hər 4 alət üzrə öz güclərini sınayıblar. Çoxnövçülük xallarına əsasən Darya 59.150 xalla yarışları  45-ci, Yelizaveta isə 56.100 xalla 51-ci yerdə bitirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR