Gimnastlarımız gümüş medal qazandı

Gimnastlarımız gümüş medal qazandı

Bu gün İsraildəki akrobatika gimnastikası üzrə Avropa Çempionatı çərçivəsində çoxnövçülük yarışları yekunlaşıb.

Sport7.az xəbər verir ki, gənclər yaş qrupunda kişi cütlüyü tərkibində mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasov yarışların gümüş medalını qazanıb.

Böyüklərin yarışında isə həm qarışıq cütlüyümüz – Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı, həm də kişi cütlüyü tərkibində çıxış edən Seymur Cəfərov və Murad Əkpərov nəticələr əsasən 5-ci yerdə qərarlaşıb.

Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa Çempionatı 3 noyabrda yekunlaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR