Gimnastlarımızdan 4 qızıl medal

Gimnastlarımızdan 4 qızıl medal

Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi "Happy Cup” adlı beynəlxalq turnir keçirilib.
 
Sport7.az xəbər verir ki, yarışda ölkəmizi Fatimə Əkbərova, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Mədinə Dəmirova, Kamilla Əliyeva, Alina Gözəlova və Məryəm Əliyeva təmsil ediblər.

Gimnastlarımız arasında ən yaxşı nəticəni 2009-cu il təvəllüdlü gimnastların yarışında çıxış edən G. İbrahimova göstərib. O, həm çoxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Bu yaş qrupunda yarışan M. Əliyeva isə çoxnövçülükdə 6-cı yeri tutub.

Növbəti qızıl medalların sahibi K. Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimnastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Bu yaş qrupunda çıxış edən digər gimnast Mədinə çoxnövçülükdə 12-ci olub.

Gənclər yaş qrupunda çoxnövçülükdə mübarizə aparan A. Gözəlova 6-cı, K. Əliyeva isə 8-ci yerdə qərarlaşıb.

Böyüklər arasında yarışan G. Əkbərova isə çoxnövçülük yarışlarında 6-cı olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR