Gimnastlarımızdan 5 medal

Gimnastlarımızdan 5 medal

Azərbaycanın bədii gimnastları Bolqarıstanın Varna şəhərindəki beynəlxalq turnirdə 5 medal qazanıblar.

Sport7.az xəbər verir ki, ölkəni fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər. Luzan çoxnövçülük xalları əsasında əvvəlcə bürünc medal əldə edib. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə, top və lentlə çıxışları ona qızıl, gürzlərlə kompozisiyası bürünc medal qazandırıb.

Əkbərova isə lentlə çıxışlarına görə bürünc medal götürüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR