Giorgi Tsetsadze:

Giorgi Tsetsadze: "Layiq olduğumuz qələbəni qazandıq"

Gürcüstanın U-19 millisinin baş məşqçisi Giorgi Tsetsadze yığmamızla oyundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamızla oyunda qazandıqları 3:0 hesablı qələbəni ş.ərh edib: "Yaxşı oynadıq və layiq olduğumuz qələbəni qazandıq. Birinci hissənin sonunda qol vurmağımız fasilyə yüksək əhval-ruhiyyədə yollanmağımıza şərait yaratdı. Həm buna qədər, həm də sonrakı dəqiqlərdə qol epizodlarımız oldu. Onu hansı dəqiqədə reallaşdırmağın fərqi yoxdur, vacib olan bunu bacarmaq və qələbə qazanmaqdır. Rəqib meydanda azlıqda qaldıqdan sonra üstünlüyümüzü artırdıq. Azərbaycan millisi yaxşı komandadır. Sadəcə, onlar 4 gün əvvəl məğlub etdikləri güclü Slovakiya ilə oyundan sonra yorğun idilər”.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR