Götze

Götze "Borussiya"dan gedir, klub rəsmisi təsdiqlədi

Dortmund "Borussiya"sının ulduzu Mario Götze mövsümün sonunda komandadan ayrılacaq.
 
Sport7.az xəbər verir ki, 2016-cı ildə "Borussiya"ya transfer olan Götze 4 mövsümdü formasını geydyi "arılar"ı tərk edəcək. Onun komandadan gedəcəyini klubun idman direktoru Mixael Zork açıqlayıb. "Volfsburq"la matçdan əvvəl açıqlama verən klub rəsmisi "Mario ilə bu həftə uzun və konkret mübahisə etdik. Bu mövsümdən sonra əməkdaşlığımızı davam etdirməməyə qərar verdik" sözlərini söyləyib. 
 
2014-cü ildə Argentinaya vurduğu qolla Almaniya yığmasına dünya çempionluğunu gətirən futbolçunun hansı kluba transfer olacağı dəqiqləşməyib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR