Güləş tariximizin ən yaxşı 6-cı nəticəsi

Güləş tariximizin ən yaxşı 6-cı nəticəsi

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında güləşçilərimiz 6 medal - 1 qızıl, 3 gümüş, 2 bürünc, medal qazanıb.

Sport7.az xəbər verir ki, bu, 1993-cü ildən iştirak etdiyimiz DÇ-lər arasında ən yaxşı 6-cı nəticəmizdir. Bu dünya çempionatında komandamız ümumi hesabda 5-ci yeri tutub.

Bununla da müstəqillik qazandıqdan bu yana qatıldığımız dünya çempionatlarında ümumi medallarımızın sayı 72-yə çatıb. Bunlardan 15-i qızıl, 27-si gümüş, 30-u isə bürüncdür.
 
Nur-Sultandakı yarışdan sonra Polşanı da geridə qoyan Azərbaycan 16-cı yerə yüksəlib.

Növbəti DÇ 2021-ci ildə Norveçin paytaxtı Osloda keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR