Güləşçilərimiz Batumiyə gedir

Güləşçilərimiz Batumiyə gedir

Mayın 2-3-də Gürcüstanın Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.

Sport7.az xəbər verir ki, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi altında 8 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. 

Heyətdə Namiq İmanlı (50 kq), Təbriz Yusifzadə (55 kq), Mikayıl Rəhmanov (60 kq), Namaz Rüstəmov (66 kq), Mehrac Kərimov (74 kq), Seyidməhəmməd Ömərov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) yer alıb. Turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil edəcək. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR