Güləşçilərimiz beynəlxalq yarışa yollanacaq

Güləşçilərimiz beynəlxalq yarışa yollanacaq

Güləş yığmalarımız sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatının hazırlıqlarını davam etdirir.

Sport7.az xəbər verir ki, iyulun 19-dan Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçən sərbəst güləş üzrə yığmamız əsasən fiziki hazırlıq üzərində çalışır.
 
Toplanışda avqustun ortalarında Estoniyanın paytaxtı Tallində keçiriləcək dünya çempionatında iştirak edəcək gənc güləşçilərimiz də yer alıb. TMT avqustun 3-dək davam edəcək. Daha sonra Bakıya qayıdacaq yığmamız bir neçə gün sonra Gürcüstanda keçiriləcək beynəlxalq yarışa yollanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR