Güləşçilərimiz dünya kubokunda iki medal qazandı

Güləşçilərimiz dünya kubokunda iki medal qazandı

Qazaxıstanın Almatı şəhərində  Prezident Nursultan Nazarbayevin mükafatı uğrunda keçirilən sambo üzrə Dünya Kuboku yarışı başa çatıb. 

Sport7.az xəbər verir ki, 22 ölkədən olan 400-dən artıq idmançının qatıldığı yarışda Azərbaycan milli komandası da mübarizə aparıb. Yığmamızın heyətində "Qəbələ” İdman Klubu da təmsil olunub.

Komanda bu nüfuzlu turnirdə 2 medal qazana bilib. Bunlardan biri gümüş, digəri bürünc olub. Yığmamızın heyətində gümüş medalı məhz "Qəbələ” təmsilçisi qazanıb. 64 kq çəki dərəcəsində çıxış edən Fəridə Qurbanova bütün rəqiblərini məğlub edərək, finaladək irəliləyib. O, yalnız həlledici qarşılaşmada uduzub və gümüş medala yiyələnib.

Qeyd edək ki, Qurbanova iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin şərəfini qorumağa əsas namizədlərdəndir. Qazaxıstanda qazandığı nailiyyətlə idmançımız mötəbər yarışa qatılmaq şanslarını daha da artırıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR