Güləşçilərimiz Qitələrarası Kubokda iştirak edəcəklər

Güləşçilərimiz Qitələrarası Kubokda iştirak edəcəklər

Oktyabrın 11-dən 13-dək Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə Qitələrarası Kubok keçiriləcək.

Sport7.az xəbər verir ki, 11-ci dəfə təşkil olunacaq ənənəvi yarışda Azərbaycanı gənclərdən ibarət yığmanın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi 61 kq), Vahid Əlizadə (65 kq), Vurğun Əliyev, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (hamısı 74 kq), Rəşad Yusifli (79 kq), Roman Bəkirov və Rahid Həmidli (hər ikisi 125 kq) təmsil edəcəklər.

Beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov isə turnirdə ədaləti qoruyacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR